Azərbaycan Ermənistana nə satır? - Ticarətin detalları AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistana nə satır? - Ticarətin detalları AÇIQLANDI

İqtisadiyyat

13 Noyabr 2026 14:36 71


Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi və iki ölkə arasında alınıb-satılan məhsulların siyahısı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi 17 milyon 603 min dollar təşkil edib. Bu müddətdə Ermənistandan Azərbaycana da idxal həyata keçirilib. Lakin idxalın həcmi cəmi 1 000 dollar olub. Bakıda online alış-veriş

Vüqar Bayramovun sözlərinə görə, iki ölkə arasında 5 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları aparılıb.

Belə ki, Ermənistandan Azərbaycana buket hazırlanması və dekorativ məqsədlər üçün nəzərdə tutulan təzə qızılgüllər gətirilib.

Azərbaycan isə Ermənistana mühərrik benzinlərinin müxtəlif növlərini, ağır distilyatları, qazoylları və plastmas inşaat detallarını ixrac edib.

Deputat qeyd edib ki, Azərbaycan Ermənistana təkcə yanacaq deyil, tikinti materialları da göndərib. Plastmas inşaat detalları üzrə ixracın həcmi 583 min dollar olub. Ən böyük ixrac göstəricisi isə dizel yanacağı da daxil olmaqla ağır distilyatların payına düşüb. Bu məhsullar üzrə Ermənistan Azərbaycana 14 milyon 261 min dollar ödəyib.

Vüqar Bayramov vurğulayıb ki, noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat və tranzit imkanları, eləcə də gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri müzakirə olunub.

Deputatın fikrincə, sülh gündəliyinin irəliləməsi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlar yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!