Türkiyədə tütün məmulatlarının satışı və istifadəsinə nəzarəti gücləndirmək məqsədilə yeni qanunvericilik hazırlanır.
“Yeni Sabah” xəbər verir ki, siqaret almaq istəyən şəxslər satış nöqtələrində "Elektronik Yaş Doğrulama Sistemi" vasitəsilə yaşlarını rəsmi şəkildə təsdiqləmək məcburiyyətində qalacaqlar.
18 yaşından kiçik şəxslərə tütün məmulatları satan ticarət obyektlərinə qarşı ağır cəza tədbirlərinin və sanksiyaların tətbiqi nəzərdə tutulur. Elektronika məhsulları
Tənzimləmə çərçivəsində diqqət çəkən digər mühüm yenilik isə cəlbediciliyi azaltmaq məqsədilə "slim" (nazik) formatlı siqaret məhsullarının satışının tamamilə qadağan edilməsi planıdır. Yeni qaydaların yaxın müddətdə rəsmi təsdiqdən sonra qüvvəyə minməsi gözlənilir.
Nazim Hacıyev
Telegram kanalımız