Akkreditasiya olunmuş qurumlar necə yoxlanılır? —   AzAK-dan sərt xəbərdarlıq və ləğv şərtləri

saytların hazırlanması

Evə çatdırılma

Akkreditasiya olunmuş qurumlar necə yoxlanılır? — AzAK-dan sərt xəbərdarlıq və ləğv şərtləri

İqtisadiyyat

13 Noyabr 2026 12:19 40


Müəyyən olunmuş standartların tələblərini pozan və aşkar edilmiş çatışmazlıqları vaxtında aradan qaldırmayan qurumların akkreditasiya attestatları ləğv edilə bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Keyfiyyət üzrə meneceri Ləman Salmanova Bakıda keçirilən tədbirdə media nümayəndələrinin suallarını cavablandırarkən məlumat verib.

Mərkəz rəsmisi qeyd edib ki, qiymətləndirmələr zamanı üzə çıxan əsas problemlərdən biri təşkilatların bəyan etdikləri sahə üzrə yetərli peşəkar səriştəyə sahib olmamasıdır” Məişət texnikası

“Belə ki, bəzi qurumlarda işin icrası üçün tələb olunan ixtisaslı kadrlar, zəruri cihaz və avadanlıqlar çatışmır. Bundan əlavə, idarəetmə sisteminin təşkili, daxili auditin aparılması, rəhbərlik tərəfindən təhlillərin edilməsi, eləcə də daxili təlimat və prosedurların tərtibi ilə bağlı nöqsanlara rast gəlinir”.

L. Salmanovanın sözlərinə görə, sənədlərin yalnız kağız üzərində standartlara uyğun hazırlanması yetərli deyil, əsas şərt onların real iş prosesində icra olunmasıdır:

“Təcrübə göstərir ki, bir sıra qurumlar zəruri prosedurları sənədləşdirsələr də, onları praktikada tətbiq etməkdə çətinlik çəkirlər.

Diqqətə çatdırılıb ki, attestat verildikdən sonra da qurumların fəaliyyəti daimi nəzarətdə saxlanılır. Qanunvericiliyə uyğun olaraq, 3 illik müddət ərzində 2 dəfə illik qiymətləndirmə həyata keçirilir. Bu yoxlamalar zamanı təşkilatın texniki bazası, kadr potensialı və digər meyarlara uyğunluğu təkrar nəzərdən keçirilir. Tələb olunan avadanlıqların çatışmazlığı, ölçmə vasitələrinin yoxlama müddətinin bitməsi və ya peşəkar mütəxəssislərin işdən çıxması ciddi uyğunsuzluq hesab edilir”.

AzAK nümayəndəsi əlavə edib ki, belə nöqsanlar aşkarlandıqda əvvəlcə attestatın qüvvəsi müvəqqəti dondurulur və quruma problemləri həll etmək üçün konkret vaxt verilir. Ayrılan müddətdə çatışmazlıqlar aradan qaldırılmazsa, attestatın ləğvi barədə qərar qəbul olunur.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!