ABŞ Prezidenti Donald Tramp Cey Di Vensi İran danışıqlarından kənarlaşdırıb.
"Yeni Sabah" Politico-ya istinadla xəbər verir ki, bu nəticə Amerika liderinin "TruthSocial"-daı paylaşımlarına əsaslanır.
O, bir gün əvvəl Vaşinqtonun artıq Tehranla razılığa gəlməsinə ehtiyac olmadığını yazıb. Tramp hesab edir ki, ABŞ-nin İrana qarşı lazımi təsir gücü var. Bakıda online alış-veriş
ABŞ Prezidenti yazıb: "Vitse-prezident Vensdən bütün diqqətini ABŞ-nin Demokratlar tərəfindən idarə olunan şəhər və ştatlarında baş verən kütləvi korrupsiya və cinayətkarlığa yönəltməsini xahiş etdim".
Vens diplomatik əlaqələr qurmaq əvəzinə, Minnesota, Kaliforniya və İllinoys ştatlarında, eləcə də Demokratlar tərəfindən idarə olunan digər bölgələrdə iddia edilən qanun pozuntularına diqqət yetirəcək.
Trampın qərarı Vensin İranla uzun sürən münaqişəni Respublikaçıların ara seçkilərdə məğlubiyyəti ilə əlaqələndirməsindən sonra verilib. Ötən həftə vitse-prezident müharibənin partiyanın Konqresin hər iki palatasında çoxluğunu itirməsinin səbəblərindən biri olduğunu bildirib. Tramp özü də eyni açıqlamanı verib.
Əvvəllər vitse-prezident Vaşinqtonun Tehranla danışıqlarında əsas rol oynayırdı. Aprel ayında o, Amerika nümayəndə heyətinə Pakistanda keçirilən görüşə rəhbərlik etdi və iki tərəfin münaqişəyə son qoymaq üçün danışıqlar aparmağa çalışdığı görüşdə heç bir razılıq əldə olunmadı.
Telegram kanalımız