Türkiyədə avtomobilini satışa çıxaran kişi ilə maşını almaq istəyən qadının alğı-satğı zamanı başlayan tanışlığı evliliklə nəticələnib.
“Yeni Sabah” xəbər verir ki, Mersa Çağan adlı qadın sosial şəbəkə hesabında cütlüyün tanışlıq hekayəsini əks etdirən 2 foto paylaşıb.
"Necə başladı" başlıqlı birinci fotoda cütlüyün avtomobilin alğı-satğısı zamanı əl sıxdığı an, "Necə bitdi" başlıqlı ikinci fotoda toy mərasimi əks olunub. Elektronika məhsulları
Sosial şəbəkələrdə qısa zamanda viral olan bu paylaşım istifadəçilərin böyük marağına səbəb olub. İzləyicilər hadisəni zarafatla şərh edərək, bəyin həm avtomobilinə geri qovuşduğunu, həm də özünə arvad tapdığını bildirərək sövdələşməni "ən sərfəli investisiya" adlandırıblar.
Nazim Hacıyev
Telegram kanalımız