Deputat dərsliklərlə bağlı ekspertiza komissiyası yaratmağı təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat dərsliklərlə bağlı ekspertiza komissiyası yaratmağı təklif etdi

Sosial

13 Noyabr 2026 13:13 50


Bu gün ayrılan milyonlarla manat vəsaitin nəticəsində cəmiyyətdə haqlı etirazlara səbəb olan, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, bu sahədə ciddi nəzarət boşluğu var.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Onun sözlərinə görə, ayrılan vəsait daha səmərəli və məqsədyönlü xərclənməlidir. İnternetdən sifariş

Deputat təklif edib ki, parlamentdə Elm və Təhsil Nazirliyinin və müvafiq qurumların iştirakı ilə mütəmadi ictimai dinləmələr keçirilsin, mövcud irad və təkliflər dinlənilsin, birgə həll yolları axtarılsın:

"Eyni zamanda, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabat təqdim edilməsi təklif olunub".

E.Akimova dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real iştirakını təmin etmək, məzmun keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə ekspertiza komissiyasının yaradılmasını təklif edib.

Deputat qeyd edib ki, parlamentdən gözlənilən təkcə büdcəni rəqəmlər əsasında təsdiqləmək deyil, həm də dövlət vəsaitinin hara və necə xərcləndiyinə, xüsusilə də uşaqların təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!