Bu sahədə kimlərə üstünlük verilir? – 9 aylıq statistika açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu sahədə kimlərə üstünlük verilir? – 9 aylıq statistika açıqlandı

İqtisadiyyat

13 Noyabr 2026 11:59 46


2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Akkreditasiya Mərkəzinə (AzAK) akkreditasiya üzrə ümumilikdə 92 müraciət daxil olub və hesabat dövründə 101 attestat rəsmiləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən AzAK-ın Keyfiyyət üzrə meneceri Ləman Salmanova Bakıda təşkil olunan “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusundakı tədbirdə çıxışı zamanı məlumat verib.Onun sözlərinə görə, cari ilin ilk doqquz ayında verilən attestatların sahələr üzrə bölgüsü belədir:

Maddə işarəti Sınaq laboratoriyaları: 52 attestat İnternetdən sifariş

Madde işareti Kalibrləmə laboratoriyaları: 27 attestat

Madde işareti Mal, xidmət və işlərin sertifikatlaşdırılması qurumları: 8 attestat

Madde işareti İnspeksiya orqanları: 6 attestat

Madde işareti İdarəetmə sistemlərinin sertifikatlaşdırılması təşkilatları: 4 attestat

Madde işareti Fiziki şəxslərin sertifikatlaşdırılması orqanları: 4 attestat

L. Salmanova ölkə üzrə hazırda aktiv olan akkreditasiya attestatlarının ümumi statistikasını da açıqlayıb”

“Qeyd olunub ki, qüvvədə olan sənədlərin 184-ü sınaq, 36-sı isə kalibrləmə laboratoriyalarına məxsusdur. Bundan başqa, inspeksiya orqanları 94, məhsulların və fiziki şəxslərin sertifikatlaşdırılması qurumları isə hər biri 20 attestata malikdir. İdarəetmə sistemlərinin sertifikatlaşdırılması sahəsində fəaliyyət göstərən təşkilatların payına isə 15 qüvvədə olan attestat düşür”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!