Azərbaycanda nələr dəyişir? – Yeni məlumat yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nələr dəyişir? – Yeni məlumat yayıldı

İqtisadiyyat

13 Noyabr 2026 12:00 55


2026-cı ilin ilk 10 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə rəsmi statistik məlumatda bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkədə faktiki qiymətlərlə 13 milyard 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Məişət texnikası

İstehsalın fiziki həcmi üzrə artım həm heyvandarlıq, həm də bitkiçilik sahəsində müşahidə olunub. Belə ki, heyvandarlıq məhsullarının istehsalı 1,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 1,2 faiz artıb.

Ümumi kənd təsərrüfatı məhsulunun 50,2 faizi bitkiçilik, 49,8 faizi isə heyvandarlıq məhsullarının payına düşüb.

Statistik göstəricilərə əsasən, yanvar-sentyabr aylarında 1,1 faiz olan ümumi artım tempi oktyabrın sonuna 1,4 faizə yüksəlib. Bitkiçilikdə artım 0,5 faizdən 1,2 faizə çatdığı halda, heyvandarlıq sahəsində 1,9 faizdən 1,6 faizə enib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!