ABŞ-nin milli parkları və federal istirahət guşələrinə giriş üçün illik abunə kartının dizaynında dəyişiklik edilib.
“Yeni Sabah” xəbər verir ki, dövlətin 250 illik yubileyi çərçivəsində hazırlanan "Semiquincentennial" konseptli kartın üzərində ilk prezident Corc Vaşinqtonun və son prezident Donald Trampın fotoları yerləşdirilib.
Konseptə əsasən, Vaşinqton dövlət quruculuğunu və tarixi təməli, sonuncu prezident isə müasir siyasi hakimiyyəti təmsil edir. İnternetdən sifariş
Yeni dizaynın ən maraqlı nüanslarından biri isə onun gələcək strukturudur: kartdakı son prezident hər dəfə yeni dövlət başçısının seçilməsi ilə dəyişə biləcək, lakin ilk prezidentin əksi əbədi olaraq eyni qalacaq.
Nazim Hacıyev
Telegram kanalımız