2027-ci il üçün dövlət büdcəsi xərclərinin 62,3 faizinin cari, 32,5 faizinin əsaslı, 5,2 faizinin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilməsi proqnozlaşdırılır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə bəyanatında məlumat verilib.
Bəyanata əsasən, büdcə xərclərinin əsas hissəsini cari xərclər təşkil edəcək. Əsaslı xərclərin payının 32,5 faiz, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin isə 5,2 faiz olacağı gözlənilir. Dördpendirli pizza
Aytac Əliyeva
Telegram kanalımız