Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.
"Yeni Sabah" APA-Economics-ə istinadla xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsi-90 ünvanında yerləşən binada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bina Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında təslim edilir. Online shopping Azərbaycan
Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sözügedən bina 1998-ci ildə tikilərək istifadəyə verilib.
Mərkəzi Bank iyunun 22-dək bu binada fəaliyyət göstərib.
Həmin tarixdən AMB fəaliyyətini Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binada davam etdirir.
Telegram kanalımız