Vahid Əhmədov: “2027-ci ildə çətin problemlərlə üzləşə bilərik”

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əhmədov: “2027-ci ildə çətin problemlərlə üzləşə bilərik”

Sosial

18 Noyabr 2026 11:03 80


"Regionlarda iş yerləri yoxdur. İnsanlar məcburdurlar ki, Bakı, Sumqayıt və mərkəzi şəhərlərə gəlib orada işləsinlər. 14 iqtisadi rayonumuz olduğu üçün bu rayonlarda iş yerləri açılmalıdır. Həm kənd təsərrüfatı sahəsində, həm də sənaye sahəsində müəyyən məsələlər öz həllini tapmalıdır ki, insanlar işlə təmin edilsinlər. O cümlədən, maaş, pensiya sahəsində də artımlara fikir vermək lazımdır. İnflyasiya ilə bağlı əməkhaqlarında 7-8 faiz artımlar gözlənilir. Amma bu artımlar inflyasiyanı üstələmir".

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu sabiq deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, son vaxtlar kənd təsərrüfatına əlavə vergilər yüklənir: İnternetdən sifariş

“Dünyanın hər yerində kənd təsərrüfatı subsidiya və dotasiya ilə işləyir. Çalışmalıyıq ki, aqrar məhsullarının idxalını azaldaq. Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilsin. Dünyada gedən siyasi proseslər o qədər dərinləşib ki, hətta 13 dövlət öz əhalisinə ərzaq yığmağı məsləhət görür.

Doğrudur, Azərbaycanda buna ehtiyac yoxdur, ölkəmizin yetəri qədər iqtisadi, siyasi əlaqələri yüksək səviyyədə inkişaf edib. Amma dövlətin ehtiyatı kifayət qədər olmalıdır. Birdən qarşısıalınmaz proseslər baş verə bilər, bunu da nəzərə almaq lazımdır. 2027-ci ildə dünyada iqtisadi böhran gözləyirəm, ola bilər və Azərbaycana da müəyyən qədər təsiri olsun. Dünyada siyasi proseslər müsbət həllini tapmazsa, 2027-ci ildə çətin problemlərlə üzləşə bilərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!