Büdcədən “Böyük Qayıdış”a rekord vəsait

saytların hazırlanması

Evə çatdırılma

Büdcədən “Böyük Qayıdış”a rekord vəsait

İqtisadiyyat

18 Noyabr 2026 10:46 68


2026-cı ilin yanvar-sentyabr aylarında “Böyük Qayıdış” proqramının icrasına büdcədən 1 milyard 761,4 milyon manat vəsait yönəldilib.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bu vəsait çərçivəsində 383 layihə həyata keçirilib.

Vəsaitin ən böyük hissəsi nəqliyyat infrastrukturunun qurulmasına sərf olunub. 9 ayda 97 layihə üzrə 801,4 milyon manat, sosial sahədə isə 201 layihə üzrə 692,5 milyon manat vəsait istifadə edilib. Online alış-veriş

Bundan başqa, müdafiə və hüquq-mühafizə istiqamətində 19 layihəyə 94,6 milyon manat, energetika və sənaye sahəsində 11 layihəyə 65,9 milyon manat, su təsərrüfatı və meliorasiya üzrə 38 layihəyə 24,5 milyon manat ayrılıb. Digər istiqamətlər üzrə 17 layihənin icrasına isə 82,5 milyon manat vəsait xərclənib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!