İpoteka və Kredit Zəmanət Fondu Abşeron rayonunun Saray qəsəbəsində 208 yeni mənzili vətəndaşlara təqdim edib.
“Yeni Sabah” Fonda istinadən xəbər verir ki, mənzillər Məhəmməd Əsədov küçəsində yerləşir və tam təmirli vəziyyətdədir. Yaşayış sahələri 1, 2 və 3 otaqlıdır. Mənzillər üzrə aylıq ödənişlər 620 manatdan başlayır.
Mənzillərin seçimi avqustun 20-də saat 15:00-dan etibarən mümkün olacaq. pizza sifarişi
Vətəndaşlar müraciət və seçim prosesini Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirə biləcəklər.
Qeyd edək ki, yaşayış sahələrinin seçimi zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə SİMA biometrik identifikasiya üsulundan istifadə olunacaq.
Telegram kanalımız