“PALID-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0400295921) nizamnamə kapitalını azaldıb.
“Yeni Sabah” xəbər verir ki, cəmiyyətin nizamnamə kapitalı 3 milyon 516 min manatdan 10 manata endirilib.
Qanunvericiliyə uyğun olaraq, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay müddətində öz tələblərini şirkətin yerləşdiyi ünvana — Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 5 ünvanına bildirə bilərlər. Online shopping Azərbaycan
Qeyd edək ki, “PALID-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən, tikinti materialları və aksessuarlarının idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan yerli şirkətdir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız