2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 175 milyon 266,5 min manat ƏDV geri qaytarılıb.
“Yeni Sabah” xəbər verir ki, bu vəsait pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara, eləcə də bir sıra xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması hesabına formalaşıb.
Geri qaytarılan məbləğə teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestrin konsertləri, tibb müəssisələri və özəl tibbi praktika çərçivəsində göstərilən xidmətlər, həmçinin işğaldan azad edilmiş ərazilərdəki hotellərdə gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV daxildir. İnternet mağaza
Bununla yanaşı, hesabat dövründə xarici vətəndaşlara “Tax Free” sistemi vasitəsilə 8 milyon 271,2 min manat ƏDV qaytarılıb.
Beləliklə, 2026-cı ilin ilk 10 ayında həm yerli istehlakçılara, həm də xarici vətəndaşlara qaytarılan ƏDV-nin ümumi məbləği 183 milyon 537,7 min manata çatıb.
Aytac Əliyeva
Telegram kanalımız