Azercell Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

saytların hazırlanması

Evə çatdırılma

Azercell Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

Rəqəmsal

12 Noyabr 2026 15:57 38


“Süni İntellektlə Müasir Məktəb” (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib.

Layihəyə müəllimlər tərəfindən böyük maraq göstərilib. Nəticədə, təlimlərdən faydalanan müəllimlərin sayı ilkin hədəfi iki dəfə üstələyib.

Azərbaycan, ingilis və rus dillərində keçirilən sessiyalar süni intellektin tədris prosesində tətbiqinə həsr olunub. Müəllimlər dərs planlarının və tədris materiallarının hazırlanmasında istifadə edə biləcəkləri süni intellekt alətləri ilə tanış olub, onların imkanlarını real tapşırıqlar vasitəsilə sınaqdan keçiriblər. İştirakçılar, həmçinin “Gemini Gems” platforması vasitəsilə fərdi süni intellekt köməkçiləri yaratmağı öyrəniblər. İnternet mağaza

Təlim proqramında süni intellekt tərəfindən yaradılan məzmunun dəqiqliyinin qiymətləndirilməsi, bunu həyata keçirən alətlərin imkan və məhdudiyyətləri müzakirə olunub. Bu yanaşma müəllimlərdə süni intellektdən yalnız texnoloji vasitə kimi deyil, həm də tənqidi düşüncə və peşəkar qiymətləndirmə resursu kimi istifadə bacarığını inkişaf etdirir.

SIMM layihəsi hazırda növbəti mərhələləri üzrə davam edir. Müəllimdən-müəllimə bilik və təcrübə mübadiləsi modelinə əsaslanan bu yanaşma layihənin əhatə dairəsini genişləndirməyi, pedaqoqlar arasında əməkdaşlığı gücləndirməyi və məktəblərdə davamlı qarşılıqlı öyrənmə və praktiki dəstək mühiti formalaşdırmağı hədəfləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!