İran paytaxtında yalnız qadın könüllülər üçün xüsusi hərbi təlim mərkəzi açılıb.
“Yeni Sabah” xəbər verir ki, ABŞ və İsraildən mümkün hücumlarına hazırlaşmaq məqsədilə “Can Fəda” adlı kampaniya çərçivəsində mülki əhalinin hazırlığı artırılır.
Kampaniyanın əsas məqsədi könüllü vətəndaşlara hərbi hazırlıq, təcili tibbi yardım, maddi-texniki dəstək və şəhər müdafiəsi üzrə biliklər verməkdir. Layihəni İran İslam İnqilabı Keşikçiləri Korpusu və "Bəsic" təşkilatı həyata keçirir. İnternetdən sifariş
Tehranın İmam Hüseyn və Həft-i Tir meydanlarında həm kişi, həm də qadın könüllülər üçün hərbi təlimlər təşkil olunub. İştirakçılara silahlardan, çoxlüləli raket qurğularından və hava hücumundan müdafiə sistemlərindən istifadə, eləcə də ilkin döyüş hazırlığı öyrədilir. İranda qadınlar məcburi hərbi xidmətdən azad olsalar da, onların könüllü şəkildə təlimlərə qatılması təşviq edilir.
Kampaniyada qeydiyyatdan keçənlərin sayı 30 milyonu ötüb. Onların təxminən yarısını qadınlar təşkil edir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız