Məşhur şoumen ölümündən sonra yandırılmasını istəyir -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur şoumen ölümündən sonra yandırılmasını istəyir - VİDEO

Şou

12 Noyabr 2026 13:54 61


Şoumen Sərxan Kərəmoğlu vəsiyyətini elan edib.

“Yeni Sabah” xəbər verir ki, o, dünyanın hansı ölkəsində vəfat etməsindən asılı olmayaraq, cənazəsinin Azərbaycana gətirilməsini istəmədiyini bildirib.

S.Kərəmoğlu meyitinin kremasiya olunmasını (yandırılmasını) tapşırıb: Online alış-veriş

“Təyyarədə partlaya bilərsən, gəmidə bata bilərsən. Yəni hər şey qismətdir, insan harada dünyasını dəyişəcəyini bilmir. Bununla bağlı bir vəsiyyətim də var. Övladlarım burada yaşamır, mənim də bir ayağım başqa ölkələrdədir.

Demişəm ki, dünyanın istənilən yerində dünyamı dəyişə bilərəm. Amma cənazəmin Azərbaycana gətirilməsini istəmirəm. Əgər Rusiyada, yaxud Avropanın hansısa ölkəsində vəfat etsəm, orada da kremasiya olunmağımı istəyirəm. Düzdür, İslamda meyitin yandırılması qəbul edilmir, müsəlman aləmində kremasiya ənənəsi yoxdur. Amma bu, şəxsi istəyimdir. Ən böyük arzularımdan biri budur ki, harada vəfat edirəmsə, orada da kremasiya olunum. İstəmirəm ki, bədənim torpağın altında çürüsün”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!