5 min unitazı körfəzin dibinə atdılar - 10 il sonra görün nə baş verdi?

saytların hazırlanması

Evə çatdırılma

5 min unitazı körfəzin dibinə atdılar - 10 il sonra görün nə baş verdi?

Maraqlı

12 Noyabr 2026 13:19 170


10 il əvvəl okean dibinə yerləşdirilən 5 min köhnə unitaz parçası canlıları üçün yaşayış məkanına çevrilib.

“Yeni Sabah” xəbər verir ki, Nyu-York məktəblərindən çıxarılan unitazlar süni riflərin yaradılması üçün istifadə olunub. 

Layihə çərçivəsində əşyalar toplanaraq təmizlənib, daha sonra kiçik parçalara bölünüb. Çini parçaları istiridyə və dəniz darağı qabıqları ilə birləşdirilərək Yamayka körfəzinin dibində dörd süni rif yaradılıb. ShopByBro

Süni riflərin yaradılması ilə yanaşı, əraziyə çoxalma qabiliyyəti olan 50 min yetkin istiridyə də buraxılıb. Layihənin əsas məqsədi həmin istiridyələrin buraxdığı sürfələrin çini parçalarından hazırlanmış süni riflərə yapışaraq böyüməsi və zamanla yeni istiridyə koloniyalarının yaranması olub.

Beləliklə, tullantı hesab edilən köhnə unitazlar dəniz canlılarının çoxalmasına və yeni yaşayış mühitinin yaranmasına xidmət edən vasitəyə çevrilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!