Şərab tıxacı üzərində “Armenian Wine” (“Erməni şərabı”) yazılmasına aydınlıq gətirmiş “Gold Alko” MMC-nin təsisçisi Mirdamət Mahmudovun fəaliyyəti maraq doğurub.
"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, “Xankəndi Xindoqnı” markalı şərabın satışını həyata keçirən şirkətin “Girs” zavodunu Əmlak Məsələləri Dövlət Xidmətindən təhvil alıb.
Keçmiş “Girs” şərab zavodunda istehsal olunan məhsulları satan “Gold Alko” MMC 2022-ci ilin iyun ayında vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Qobustan qəsəbəsi, Massiv 5, ev 3 kimi göstərilən MMC-nin dövlət büdcəsinə 1 milyon 709 min 16 manat 11 qəpik vergi borcu yaranıb. Məişət texnikası
Mirdamət Mahmudov Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü ildə keçirilən hərrac müsabiqələrində də qalib olub. O, Yuxarı Pirsaatçay yatağında 9 hektar ərazini 25 il müddətində istismar hüququ əldə edib. M.Mahmudov 25 il ərzində bu yataqdan 180 min kubmetr qum-çınqıl əldə edəcək.
Maraqlı məqamlardan biri budur ki, Dövlət Xidməti də dövlət büdcəsi qarşısındakı vergi öhdəliklərini vaxtında ödəmir. Hazırda onun 10 milyon 64 min 528 manat 98 qəpik vergi borcu var.
Telegram kanalımız