4 nazir Səmərqənddə bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

4 nazir Səmərqənddə bir araya gəldi

Dünya

13 Aprel 2023 11:35 716


Rusiya, Çin, İran xarici işlər nazirləri və Pakistanın xarici işlər üzrə dövlət naziri Səmərqənddə görüş keçirirlər. 

Yenisabah.az “Interfax” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşə başlamazdan əvvəl Sergey Lavrov, Qin Qan, Hüseyn Əmir Abdullahian və Rabbani Xar birlikdə şəkil çəkdiriblər, daha sonra danışıqlar qapalı formatda davam edib. pizza

Qeyd edək ki, aprelin 13-də Səmərqənddə Rusiya, Çin, İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərinin iştirakı ilə Əfqanıstana qonşu dövlətlərin nazirlərinin konfransı keçirilir. Lavrov bir gün əvvəl Səmərqəndə gəlib.

Əfqanıstana həsr olunmuş konfransla yanaşı, aprelin 14-də Rusiyanın xarici işlər naziri MDB ölkələrinin xarici işlər nazirlərinin məsləhətləşməsində və Rusiya-Mərkəzi Asiya formatında nazirlərin görüşündə iştirak edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!