60 yaşlı Sənubər İsgəndərli:   “Sevgini daddınsa...“

saytların hazırlanması

Evə çatdırılma

60 yaşlı Sənubər İsgəndərli: “Sevgini daddınsa...“

Şou

10 Sentyabr 2021 17:53 4060


“İlk məhəbbətim, eşqim həyat yoldaşım oldu. Ailə qurduq, övladımız oldu”.

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar artist Sənubər İsgəndərli "Bakı gecələri" proqramında qonaq olarkən deyib.

O, şəxsi həyatı ilə bağlı sualları cavablayıb: Marqarita pizza

“Sevgi gözəl şeydir. Onu həqiqətən dadan xoşbəxt insandır. Sevgini daddın, nə gözəl. Sonuc hara getdi, önəmli deyil. Əvvəla, xoşbəxtəm ona görə ki, Allah mənə övlad, nəvələr, gözəl sənət bəxş edib. Buna görə Allaha şükür edir, özümü xoşbəxt sayıram. Xoşbəxtlik nisbidir. İllər keçdi. Çox heyif ki, kinoda az oynadım. Buna heyifslənirəm. Teatra gəlir tamaşaçı, baxır, gedir və bitir. Amma "Kişi sözü", "Şahid qızı", "Təsadüfü görüş" bu gün də göstərilir. Xatirələrdə qalır. Teatr uzunömürlü olmur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!