61 yaşlı Tacir Şahmalıoğlu tanınmaz halda -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

61 yaşlı Tacir Şahmalıoğlu tanınmaz halda - FOTO

Şou

16 Sentyabr 2026 07:56 212


Müğənni Tacir Şahmalıoğlu son dövrlərdəki ciddi çəki itkisinə aydınlıq gətirib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi efirə çıxaraq arıqlamasının səbəbindən danışıb və mədəkiçiltmə əməliyyatı keçirmədiyini bildirib. O, deyib ki, qardaşının vəfatından sonra şəkər xəstəliyinə tutulub. Daha sonra səhhəti ilə bağlı İstanbulda əməliyyat olunduğunu söyləyib:

“Qardaşım öləndən sonra şəkər xəstəliyinə tutuldum. Daha sonra İstanbulda əməliyyat olundum. Sağ olsun, yaxşı qardaşlar. Amma düşünməzdim ki, 25 kilo çəki ataram. Mədəaltı vəzindən əməliyyat olunmuşam”. Pepperoni pizza

61 yaşlı sənətçi xüsusilə vurğulayıb ki, keçirdiyi əməliyyat mədəkiçiltmə əməliyyatı olmayıb. Onun sözlərinə görə, müdaxilə sırf sağlamlığı ilə bağlı olub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!