Makaron, tort, üzgüçülük və porsiya nəzarəti... 62 yaşlı aktrisa Monika Bellucci formada qalmaq üçün tətbiq etdiyi qaydaları açıqlayıb. Dünya şöhrətli italiyalı aktrisa yaşına baxmayaraq, formada görünüşünü qoruyur.
“Yeni Sabah” xəbər verir ki, o, formada qalmaq üçün sərt pəhrizlərə və ağır məşqlərə üstünlük vermədiyini deyib. Bellucci bildirib ki, sevdiyi makaron və tort kimi qidaları həyatından tamamilə çıxarmır. O, əsasən balanslı qidalanmağa və qəbul etdiyi qidanın miqdarına diqqət edir.
Aktrisanın sözlərinə görə, gün ərzində beş dəfə qidalanır. Onun qidalanma rejiminə səhər, günorta və axşam yeməkləri ilə yanaşı, iki ara qida da daxildir. Bellucci Aralıq dənizi mətbəxinə üstünlük verir. Onun menyusunda tərəvəz, meyvə, yağsız zülal və zeytun yağı əsas yer tutur. Fındıq və avokado kimi faydalı yağ mənbələrindən də istifadə edir. Pepperoni pizza
Aktrisa sevdiyi qidaları tamamilə qadağan etmək əvəzinə, onların miqdarına nəzarət edir. Buna görə də bəzən tort və makaron yeməyə davam edir.
Monika Bellucci formada qalmaq üçün ağır və uzunmüddətli məşqlərdən uzaq durur. O, daha çox xoşladığı fiziki fəaliyyətlərə üstünlük verir. Aktrisa zaman-zaman pilateslə məşğul olur, həftədə bir neçə dəfə isə təxminən 45 dəqiqə üzür.
“Bir qədər məşq edirəm və işləməli olduğum zaman bir qədər pəhriz saxlayıram, amma bunu vəsvəsəyə çevirmirəm”, - deyə Bellucci bildirib.
Aktrisa həmçinin həyatı boyu bədən quruluşunun qıvrımlı olduğunu və bunu dəyişdirməyə çalışmadığını qeyd edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız