Sosial şəbəkədə onlayn mağazalara aid şikayətlərin ardı-arası kəsilmir.
“Yeni Sabah” xəbər verir ki, bu dəfə Şahmar Abdurahmanov adlı izləyici "luverahome.az" səhifəsi vasitəsilə aldadıldığını iddia edib.
Onun sözlərinə görə, səhifədən 175 manat dəyərində kamod sifariş edilib və ilkin olaraq 75 manat beh ödənilib. Məbləğ hesaba köçürüldükdən sonra satıcılarla əlaqə tamamilə kəsilib. Səhifə nümayəndələri nə göndərilən mesajlara, nə də zənglərə cavab verirlər. Online shopping Azərbaycan
Nazim Hacıyev
Telegram kanalımız