2 döyüşçü hoteldə dalaşdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

2 döyüşçü hoteldə dalaşdı - VİDEO

İdman

12 Noyabr 2026 09:48 72


Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedovla UFC-nin sabiq çempionu Merab Dvalişvili arasında kütləvi dava baş verib.

"Yeni Sabah" xəbər verir ki, Abu-Dəbidəki hoteldə gürcüstanlı döyüşçü müsahibə verərkən Nurmaqomedov bir qrup şəxslə ona yaxınlaşıb.

Rusiyalı idmançı Dvalişvilinin üzünə sillə vurub, bundan sonra kütləvi dava başlayıb. Bakıda online alış-veriş

Hadisədən sonra Dvalişvili üzü qanlı vəziyyətdə video yayımlayıb. O, Nurmaqomedov və yanındakı şəxslərin ona hücum etdiyini bildirib. Gürcüstanlı idmançı davada Usmanın qardaşı Umar Nurmaqomedovun da iştirak etdiyini iddia edib. 

UFC çempionu İslam Mahaçev isə Nurmaqomedovu müdafiə edib. O, münaqişənin Dvalişvilinin daha əvvəl dağıstanlı güləşçini vurması ilə başladığını bildirib.

Nurmaqomedov və davanın digər iştirakçıları hadisənin araşdırılması məqsədilə saxlanılıblar. 

Dvalişvili noyabrın 14-də Abu-Dabidə keçiriləcək RAF turnirində Marlon Moraeslə qarşılaşmalıdır. Umar Nurmaqomedovun isə həmin turnirdə Yurayya Feyberlə görüşü nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!