İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Yaxın Şərqdəki hərbi-siyasi vəziyyət və Tehranın regiondakı rolu ilə bağlı mübahisəli bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, İran rəsmisi çıxışında Türkiyə də daxil olmaqla bir sıra region dövlətlərinin təhlükəsizliyinin məhz Tehranın və ona bağlı silahlı qruplaşmaların fəaliyyəti nəticəsində təmin olunduğunu iddia edib. Möhsün Rezayi bu fikirləri səsləndirib:
"Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İraqın İsrail tərəfindən işğal olunmasına nə mane oldu? Müqavimət Cəbhəsi və İran. Əgər İran və Müqavimət Cəbhəsi olmasaydı, İsrail bu ölkələrin hamısına hakim olardı. İranın və Müqavimət Cəbhəsinin bölgədəki İslam xalqlarını qorumaq naminə verdikləri fədakarlıqlar tarixdə misli görünməyib". İnternet mağaza
İranlı rəsmisinin region ölkələrinin suverenliyi və müdafiə qabiliyyəti ilə bağlı bu iddiaları Yaxın Şərq gündəmində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Nazim Hacıyev
Telegram kanalımız