Nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verib - Məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

Nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verib - Məhkəmə

Kriminal

12 Noyabr 2026 09:09 52


Bakı Apellyasiya Məhkəməsində özünü falçı kimi təqdim edərək külli miqdarda dələduzluqda təqsirləndirilən Şərəf Əli-Zadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, sonuncu prosesdə şikayət təmin edilməyib.

Şərəf Əli-Zadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımın onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına kömək edəcəyini deyib. İnternet mağaza

Eyni zamanda o, İsmayıl Məmmədovu yüksəkməvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə zərərçəkmişə ümumilikdə 302 894 manat maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əli-Zadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərəf Əli-Zadə 7 il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!