Şabalıd alarkən bu səhvi etməyin - Mütləq fikir verin

saytların hazırlanması

Evə çatdırılma

Şabalıd alarkən bu səhvi etməyin - Mütləq fikir verin

Sağlamlıq

12 Noyabr 2026 10:03 46


Payız-qış aylarının sevilən nemətlərindən olan şabalıdı alarkən yalnız onun böyüklüyünə və parlaq görünüşünə aldanmaq olmaz. Çünki iri görünən hər şabalıd təzə və keyfiyyətli olmur.

“Yeni Sabah” xəbər verir ki, şabalıd seçərkən onun qabığının vəziyyətinə, çəkisinə və səthindəki zədələrə diqqət yetirmək lazımdır. Xüsusilə qabığında kiçik dəliklər və kif izləri olan şabalıdları almaq məsləhət görülmür. Təzə şabalıd seçərkən ilk növbədə onun xarici qabığını yoxlamaq lazımdır. Qabığı möhkəm, sərt və çox qırışmamış olan şabalıdlara üstünlük verilməlidir. Qabığın üzərindəki kiçik dəliklər məhsulun həşəratlar tərəfindən zədələndiyini göstərir. Çatlamış, kiflənmiş və ya yumşalmış hissələri olan şabalıdları almaq tövsiyə edilmir.

Şabalıdın parlaq qabığa malik olması isə onun mütləq təzə olduğu demək deyil. Online alış-veriş

Şabalıd seçərkən onun ölçüsü ilə yanaşı çəkisinə də fikir vermək lazımdır. Eyni ölçüdə olan şabalıdlardan daha ağır gələnlər, adətən, içinin dolu və nəmliyini qorumuş olduğunu göstərir. Əlinizdə yüngül gələn, qabığı ilə iç hissəsi arasında boşluq hiss olunan və silkələdikdə daxilində boşluq olduğu bilinən şabalıdlar qurumuş olur. Bu səbəbdən alış zamanı yalnız iri şabalıdları seçmək deyil, onların həm qabığını, həm də çəkisini yoxlamaq vacibdir.

Şabalıd digər bir çox qabıqlı çərəzlə müqayisədə daha çox nəm saxlayır. Buna görə də uzun müddət otaq temperaturunda qaldıqda quruma və kiflənmə ehtimalı artır. Alınan şabalıdların soyuducuda, hava keçirən qablaşdırmada saxlanılması məsləhət görülür. Onları yumaq isə saxlamazdan əvvəl deyil, bişirməyə yaxın vaxtda daha məqsədəuyğundur.

Kiflənmiş, pis qoxu verən və ya xarab olduğu aydın görünən şabalıdları qətiyyən  yemək olmaz. Hətta sağlam görünən şabalıdlar da bişirilməzdən əvvəl mütləq yoxlanmalıdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!