Dünyaca məşhur model Bella Hadid ABŞ-də milyonlarla dollar dəyərində yeni ev alıb. Modelin yeni mülkü həm tarixi, həm də qeyri-adi memarlığı ilə seçilir.
“Yeni Sabah” xəbər verir ki, Bella Hadid ABŞ-nin Kolorado ştatında 5,5 milyon dollara (təxminən 9,3 milyon manat) yeni ev satın alıb.1900-cü illərin əvvəllərində inşa edilmiş iki köhnə kömür mədənçisi daxmasının ətrafında 2001-ci ildə tikilən ev özünəməxsus memarlığı ilə seçilir.
Üç yataq otağı və üç hamam otağı olan evdə tavanların hündürlüyü təxminən 9 metrdir. Online alış-veriş
Qeyd edək ki, qazandığı pulları daşınmaz əmlaka yatırmağa üstünlük verən Bella Hadid bu yolla daim sərvətini artırmağa çalışır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız