Məşhur futbolçu qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu qəzaya düşdü

Hadisə

12 Noyabr 2026 08:13 51


Müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan və hazırda isə icarə əsasında İtaliyanın "Komo" komandasında çıxış edən ispaniyalı qapıçı Robert Sançes Almaniyada qəzaya uğrayıb.

“Yeni Sabah” xəbər verir ki, 28 yaşlı qolkiper milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək dostları ilə birlikdə məşhur Nürburqrinq avtodromunda yürüşə qatılıb. Təxminən 350 min avro dəyərində olan "Ferrari 488 Challenge Evo" yarış avtomobilini idarə edən Sançes şosenin məşhur "Karussell" döngəsinə yüksək sürətlə (təxminən 112 km/saat) daxil olarkən idarəetməni itirib və təhlükəsizlik baryerinə çırpılıb.

Güclü zərbə nəticəsində superkarın ön hissəsi ciddi şəkildə dağılıb, hissələri isə trasa səpələnib. Qəza səbəbindən avtodromda qırmızı bayraq qaldırılıb və yürüş təxminən bir saatlıq dayandırılıb. Elektronika məhsulları

Xoşbəxtlikdən, ispaniyalı qapıçı hadisədən heç bir xəsarət almadan xilas olub. Şahidlərin bildirdiyinə görə, Sançes qəzadan dərhal sonra avtomobildən düşərək ətrafdakılara trasdakı qırıntıları toplamağa kömək edib. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!