Bu şirkətlər işçi axtarır: Aylıq 5 min manat maaş!

saytların hazırlanması

Evə çatdırılma

Bu şirkətlər işçi axtarır: Aylıq 5 min manat maaş!

Sosial

12 Noyabr 2026 10:27 204


İş axtaran mütəxəssislər və işçilər üçün yerli əmək bazarında cazibədar maaş və şərtlər təqdim edən yeni vakansiyalar açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, İT sektorundan tutmuş tikinti və iaşə sahəsinə qədər müxtəlif istiqamətlər üzrə elan edilən bu təkliflər yüksək əməkhaqqı və əlverişli iş şərtləri ilə diqqət çəkir:

"Nanta Ai" şirkəti 5 ildən yüksək təcrübəyə malik motion dizayner axtarır və bu tam-ştat iş yeri üçün 3500-5000 AZN məbləğində maaş təklif edir. ShopByBro

Bununla yanaşı, "Your Line Game Studio" mobil oyun sahəsində populyar olan hiper-kejal və hibrid-kejal istiqamətləri üzrə 3 ildən 5 ilə qədər təcrübəsi olan “senior Unity developer” vəzifəsinə müraciətləri qəbul edir. Təhsil tələbinin vacib olmadığı bu vakansiya üzrə maaş 2000-2500 AZN təşkil edir.

"Saloğlu Holding" MMC isə 18-50 yaş aralığında, bakalavr təhsilli və 3-5 il təcrübəli energetika mühəndisini 1500-2000 AZN maaşla işə dəvət edir.

Tikinti və iaşə sektorunda da yüksək maaşlı yerlər mövcuddur. Babək prospektində yerləşən "Novas Group" 5 ildən artıq təcrübəsi və bakalavr təhsili olan, 6 günlük qrafiklə çalışacaq tikinti üzrə iş icraçısına 1800-2500 AZN arası maaş və bonuslar təklif edir.

Bakının 8-ci kilometr qəsəbəsində fəaliyyət göstərən "ISUR MMC" isə təhsil tələb olunmayan, 5 ildən çox təcrübəyə malik şef-aşpaz vəzifəsi üçün 2500 AZN maaş və bonuslar elan edib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!