İradə İbrahimova qızı İpəyin 16 yaşı tamam olması ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, qızı ilə münasibətindən, yeniyetməlik dövründə qarşılaşdığı fikir ayrılıqlarından yazıb.
İfaçı bildirib ki, qızı artıq başqalarının həyat tərzi, geyimi, sərbəstliyi ilə maraqlanır və tez-tez özünü onlarla müqayisə edir: Online alış-veriş
“İpək 16 yaşına qədəm qoydu. Artıq evimizdə ən böyük mövzular “başqaları”dır. Başqalarının bəzənməyi, gəzməyi, təkbaşına istədikləri yerə, istədikləri vaxtda çıxmaları, başqalarının ata-analarının daha rahat olması...
Təslim olmadan, “olar”, ya da “olmaz”ları səbrlə başa salıram. Hər zaman saz mənim əlimdə olur. “Niyə” sualı yaşının ona verdiyi ən qüvvətli, ən güclü sualıdır.
Gərgin söhbətlərin sonunda qucaqlaşıb təşəkkür edir, bir-birimizə sevgimizi etiraf edərək söhbətimizi sonlandırırıq. Həyat hamısına gözəlliklər göstərsin. Amma tək arzum var, hər şeyi dadında, yerində, ölçüsündə, dərəcəsində, qərarında, zamanında yaşamağı bilsinlər.
16 ildir səbrlə toxumlarımı səpirəm. Ona qalanlar baxıb böyüdə biləcəyi toxumlar olsun, inşallah”.
Xatırladaq ki, İradə İbrahimova Ceyhun adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün 2 övladı var.
Aydan Hacı
Telegram kanalımız