"Mançester Yunayted" klubu baş məşqçi axtarışlarında həlledici mərhələyə çatıb.
“Yeni Sabah” xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi argentinalı mütəxəssis Maurisio Poçettino ilə şəxsi müqavilə şərtlərində tam razılıq əldə edib.
Tərəflər arasında aparılan intensiv danışıqlar müsbət nəticələnib və təcrübəli çalışdırıcı İngiltərə nəhənginin təklifini qəbul edib. Bakıda online alış-veriş
Hazırda keçidin rəsmiləşməsi üçün son texniki prosedurların tamamlandığı və "Mançester Yunayted"in yaxın günlərdə Maurisio Poçettinonun təyinatını rəsmi şəkildə ictimaiyyətə açıqlayacağı gözlənilir.
Nazim Hacıyev
Telegram kanalımız