Rusiyanın Xalq artisti Alla Puqaçova uzun fasilədən sonra həyat yoldaşı, şoumen Maksim Qalkinlə birlikdə kameralara tuş gəlib.
"Yeni Sabah" xəbər verir ki, cütlük Latviyanın Yurmala şəhərində gəzinti edərkən pərəstişkarlarından biri onları tanıyaraq birlikdə selfi çəkdirib.
Sosial şəbəkələrdə yayılan fotoda 77 yaşlı Puqaçova ilə 50 yaşlı Qalkinin əl-ələ kameraya poza verməsi diqqət çəkib. Adətən şəxsi həyatlarını ictimaiyyətdən uzaq saxlayan cütlüyün yeni görüntüsü qısa zamanda internetdə geniş yayılıb. Toyuqlu pizza
Xatırladaq ki, Puqaçova və Qalkin 2022-ci ildə əkiz övladları Liza və Harri ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüblər. Daha sonra İsrail-Fələstin münaqişəsinin gərginləşməsi fonunda ailə yaşayış yerini dəyişərək Kiprə yerləşib. Hazırda isə onların yay aylarını tez-tez Yurmalada keçirdiyi bildirilir.
Telegram kanalımız