8 qol vuruldu, “İnter” 1 xalla kifayətləndi

saytların hazırlanması

Evə çatdırılma

8 qol vuruldu, “İnter” 1 xalla kifayətləndi

İdman

23 Noyabr 2026 08:56 58


İtaliya A Seriyasının 12-ci turunda "Atalanta" və "İnter" arasında keçirilən görüş səkkiz qollu gərgin mübarizə və 4:4 hesablı heç-heçə ilə başa çatıb.

“Yeni Sabah” sabah xəbər verir ki, qonaq komandanın gənc hücumçusu Françesko Pio Esposito qarşılaşmada het-trik edərək (16, 32 və 52-ci dəqiqələrdə) "İnter"i irəli çıxarıb, Petar Suçiç isə 76-cı dəqiqədə penaltidən fərqlənib. "Atalanta"nın qollarını Elif Elmas (35-ci dəqiqə) və dubl edən Şarl de Ketelare (72 və 80-ci dəqiqələrdə) vurub.

Oyuna əlavə olunmuş 90+1-ci dəqiqədə Frank Kessie penalti zərbəsini dəqiq yerinə yetirərək "Atalanta"ya məğlubiyyətdən qurtaran 4:4 hesablı bərabərliyi qazandırıb. İnternet mağaza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!