"ABŞ vətəndaşları elektron sistemlərin genişmiqyaslı yenilənməsi zamanı texniki nasazlıqlara hazır olmalıdırlar".
"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyat direktoru Cey Kleyton CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sistemlərin modernləşdirilməsi və kibertəhlükəsizliyin gücləndirilməsi böyük investisiyalar tələb edir və bu prosesdə gözlənilməz problemlər yarana bilər. Onlayn mağaza
Qeyd edək ki, son günlər ABŞ-da bir sıra ciddi texniki nasazlıqlar qeydə alınıb. Ötən həftə hava hərəkətini idarəetmə mərkəzlərindəki rabitə problemi səbəbilə ölkə üzrə uçuşlar dörd saatdan çox dayandırılıb.
Həmçinin “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” sistemlərində də genişmiqyaslı fasilələr yaşanıb./APA
Telegram kanalımız