Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir

saytların hazırlanması

Evə çatdırılma

Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir

Siyasət

22 Noyabr 2026 23:29 60


ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Trey Yinqst ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən məlumat verib.

"Prezident "Fox News"a bildirib ki, razılaşma əldə olunmasa, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir", – jurnalist efirdə deyib. Online shopping Azərbaycan

Bununla yanaşı, Tramp ABŞ və İran arasında sülh yolu ilə nizamlanmaya dair dolayı danışıqların davam etdiyini təsdiqləyib.

Yinqstin sözlərinə görə, Vaşinqtonla Tehran arasında mesajların ötürülməsində vasitəçi qismində Qətər çıxış edir. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığını müəyyənləşdirməkdir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!