Paytaxtın bir sıra avtomobil yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, hazırda aşağıdakı yollarda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq qeydə alınır:
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində; Bakıda online alış-veriş
Aeroport şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
Heydər Əliyev prospektinin köməkçi yolu – şəhər mərkəzi istiqamətində;
Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
Yusif Səfərov küçəsi – şəhər mərkəzi istiqamətində;
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
“Qələbə” dairəsi – Mətbuat prospekti istiqamətində.
Sürücülərə qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Aytac Əliyeva
Telegram kanalımız