80 yaşlı Ajda Pekkandan yeni dəbdəbə -   Bir saat üçün bu qədər pul ödəyib

saytların hazırlanması

Evə çatdırılma

80 yaşlı Ajda Pekkandan yeni dəbdəbə - Bir saat üçün bu qədər pul ödəyib

Şou

10 Avqust 2026 23:50 87


80 yaşlı türkiyəli müğənni Ajda Pekkan qolunda daşıdığı və xüsusi istehsal olduğu bildirilən, təxminən 5 milyon türk lirəsi (təxminən 6 000 manat) dəyərində saatla gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, Türkiyənin ən varlı məşhurları sırasında göstərilən Ajda Pekkan böyük sərvəti və bahalı daşınmaz əmlakları ilə tez-tez gündəmə gəlir.

Məlumata görə, müğənninin sərvətinin 70 milyon dollara çatdığı iddia olunur. O, müxtəlif bahalı villalara və malikanələrə sahibdir. Pekkan ötən il də 8,6 milyon dollar qiymət qoyduğu dəbdəbəli malikanəsi ilə gündəmə gəlmişdi. Marqarita pizza

Bu dəfə isə onun dəbdəbəli seçimləri arasında bahalı saatı diqqət çəkib.

“Takvim” qəzetinin yazdığı məlumata görə, qazancının bir hissəsini daşınmaz əmlaka və zinət əşyaları kimi dəyərli yatırımlara yönəldən Ajda Pekkan saat kolleksiyasına yeni və nadir model əlavə edib. Müğənninin kolleksiyasında 12 saat olduğu bildirilir.

Ajda Pekkanın dünyaca məşhur bir markanın xüsusi istehsal etdiyi, 5 milyon türk lirəsi (təxminən 6 000 manat) dəyərində olan saatı aldığı və bununla da kolleksiyasını genişləndirdiyi qeyd edilir.

Məlumatda saatın markasının adı açıqlanmayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!