“AAAF Park”ın həyətində itlər “at oynadır”

saytların hazırlanması

Evə çatdırılma

“AAAF Park”ın həyətində itlər “at oynadır”

Sosial

28 Dekabr 2022 17:06 816


Son vaxtlar paytaxt və rayonlarda sahibsiz itlərin çoxalması müşahidə edilir. Hətta paytaxtın mərkəzi küçə və parklarında da çoxlu sayda sahibsiz it görmək artıq adi hala çevrilib. Bu da vətəndaşların haqlı olaraq narahatlığına səbəb olur. Xüsusilə valideynlər hər an övladlarının təhlükə ilə üz-üzə qalmasından narahatdırlar. 

Yenisabah.az-a Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri tərəfindən bu barədə şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, sahibsiz itlərlə bağlı müraciət edilən qurumlar bununla bağlı heç bir tədbir görmürlər: pizza

“Küçədə itlər günü-gündən çoxalır. Sakinlər qorxu içindədir. Dərdimizi AAAF-Parkın vitse-prezidenti Tofiq Heydərova deyirik. Deyir ki, İcra Hakimiyyəti etməlidir, İcra Hakimiyyətinə deyirik, onlar deyir ki, "Toplan" sahibsiz itlərə qayğı mərkəzinə deyin. “Toplan”a deyirik, onlarsa cavab verirlər ki, biz Xırdalana baxmırıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!