AB-dən erməni konyakına qadağa - Səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

AB-dən erməni konyakına qadağa - Səbəb nədir?

Dünya

02 Sentyabr 2026 22:32 39


Avropa Birliyi Şurası Avropa Komissiyasının Ermənistanla ticarətin iki il müddətinə müvəqqəti liberallaşdırılması təklifini təsdiqləyib.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, AB Şurasının məlumatına görə, bu tədbirlər Ermənistanın ixrac məhsullarının təxminən 80 faizinə ticarət güzəştləri tətbiq etməyə imkan verəcək.

İki il ərzində Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin 99 faizinin AB bazarına çıxarılması planlaşdırılır. Bununla belə, erməni ixracatçılar AB-nin sanitar tələblərinə, qiymət rəqabəti və qorunan coğrafi adlarla bağlı qaydalara əməl etməlidirlər. Bu səbəbdən Ermənistan konyakının AB bazarında satışına icazə verilməyəcək. Marqarita pizza

Qərarın qüvvəyə minməsi üçün onun Avropa Parlamenti tərəfindən də təsdiqlənməsi tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!