Abbas Bağırovdan məsləhət

saytların hazırlanması

Evə çatdırılma

Abbas Bağırovdan məsləhət

Şou

29 Yanvar 2025 17:26 175


Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə paylaşımı ilə mədəniyyət və dəyərlərin qorunmasının vacibliyinə toxunub.

Yenisabah.az xəbər verir ki, sənətçi insanların sahib olduğu dəyərləri gələcək nəsillərə ötürməsinin önəmindən danışıb.

“Hər birimiz irəliyə doğru addımlayaraq dəyərlərimizi qorumalı və onları gələcək nəsillərə ötürməliyik. Həyatımızda gördüyümüz hər yaxşılıq, hər gözəllik, bizim mədəniyyətimizin, adət-ənənələrimizin bir hissəsidir. Biz necə yaşayırıqsa, nələri bölüşürüksə, gənc nəsil onu mənimsəyir. Bu səbəbdən yaxşılıq, hörmət, sevgi və dəyərlərimizi qorumaq və paylaşmaq ən böyük məsuliyyətimizdir,” – deyə Abbas Bağırov qeyd edib. Dördpendirli pizza

Sənətçi mədəniyyətimizə aid adət-ənənələrin yaşadılmasının vacibliyini vurğulayaraq bildirib ki, bunların gələcək nəsillərə olduğu kimi ötürülməsi bizim köklərimizi yaşatmaq deməkdir. Onun sözlərinə görə, hər kəs öz imkanları daxilində çalışmalıdır ki, bu dəyərlər itib-batmasın:

“Yaxşılıqları paylaşaraq cəmiyyətimizdə birlik və həmrəylik yarada bilərik. Unutmayaq ki, hər etdiyimiz davranış, hər söylədiyimiz söz bizim adımızı təmsil edir. Bizim əməllərimiz yalnız bizi deyil, bütöv bir xalqın dəyərini və nüfuzunu göstərir. Ona görə də xoş niyyətli, dürüst, fədakar və mədəni olmağa çalışmalıyıq. Çünki bu dünyaya qoyacağımız ən böyük miras, yaxşı əməllərimiz və gələcək nəsillərə ötürdüyümüz dəyərlər olacaq.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!