Musiqiçi Abbas Səfərov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı şikayətini geri götürüb.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu barədıə Rəqsanə İsmayılova məlumat yayıb.
O bildirib ki, A. Səfərov bu addımı onun istəyi ilə atıb: "Təşəkkür edirəm ki, sözümü yerə salmadın. Təranə ilə danışmaya bilmərəm. Amma 2 övlad ananın yanında olacaq. Bir qadını həbsdən çıxartmağımız mənim üçün böyük işdir". Dominos pizza
Qeyd edək ki, Təranənin qızı Suel "Təsir dairəsi" verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib.
Telegram kanalımız