Keçmiş “Dəyirman” rep qrupunun üzvü ABD Malik Kələntərli pərt olub.
Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçinin qonaq olduğu “Səhər mərkəzi” verilişində səs rejissorunun səhvi ucbatından efirə öz fonoqramması deyil, digər qonağın - müğənni Mədinə Məlikin mahnısı verilib.
Bu anda isə həm Malik, həm də səhər şousunun aparıcıları Afaq Gəncəli ilə Tural Əsədov çaş-baş qalıb. pizza
Malik üz ifadəsi ilə səsləndirilən mahnının ona aid olmadığını aparıcılara bildirib. Daha sonra isə mahnı yarıdan kəsilərək, Kələntərlinin fonoqramı efirə verilib.
Telegram kanalımız