“Abituriyent” jurnalının xüsusi buraxılışları çap olundu 

saytların hazırlanması

Evə çatdırılma

“Abituriyent” jurnalının xüsusi buraxılışları çap olundu 

Sosial

28 Dekabr 2022 11:21 723


Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib. 

DİM-dən Yenisabah.az-a bildirilib ki, jurnallarda müvafiq olaraq, buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, balların hesablanma qaydası dərc olunub. Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri təqdim edilib.

DİM-in saytında müvafiq audiofaylları öz telefonunuza və ya kompüterinizə yükləyib dinləməklə həmin tapşırıqları cavablandıra bilərsiniz. Audiofayllar gün ərzində müvafiq bölməyə əlavə olunacaq. pizza mizza

Jurnalları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!