ABŞ 250 mindən çox vizanı ləğv edib

saytların hazırlanması

Evə çatdırılma

ABŞ 250 mindən çox vizanı ləğv edib

Dünya

02 Oktyabr 2026 20:36 90


ABŞ Dövlət Departamenti keçən il və bu il ərzində 250 min vizanı ləğv etdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott “Fox News”a bildirib.

Piqot bunu “Amerika xalqını qorumaq üçün sarsılmaz öhdəliyimizi əks etdirən tarixi mərhələ” adlandırıb. Sezar pizza

O qeyd edib ki, ABŞ yoxlamalar vasitəsilə cinayət törədənləri, terrorizmi dəstəkləyənləri və ABŞ immiqrasiya sistemindən sui-istifadə edənləri görünməmiş miqyasda müəyyənləşdirərək cəzalandırır.

Tənqidçilər isə bu addımın Latın Amerikası və digər ölkələr üzərində nəzarəti artırmaq üçün atıldığını bildirir.

Müqayisə üçün qeyd edək ki, Bayden dövründə bu statistika illik 40 min viza ləğvi olub.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!