Böyük Britaniyada ABŞ-ın strateji bombardmançılarının yerləşdiyi “RAF Fairford” aviabazasına terror hücumu planlaşdırmaqda şübhəli bilinərək saxlanılan beş nəfər girov müqabilində azadlığa buraxılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Skotland Yardın Terrorizmlə Mübarizə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, şübhəlilər dindirildikdən və araşdırmalardan sonra sərbəst buraxılıb, lakin onların hərəkətləri və digər şəxslərlə əlaqələri məhdudlaşdırılıb. İstintaq davam edir. Marqarita pizza
“Skay Nyus”un məlumatına görə, Britaniya polisi hücum planında İranın mümkün iştirakını da araşdırır. İran tərəfi isə ittihamları rədd edərək, onları “əsassız və qərəzli fərziyyələr” adlandırıb.
Qeyd edək ki, şübhəlilər sentyabrın 27-də aviabazanın yaxınlığında saxlanılıb./Axar.az
Telegram kanalımız