ABŞ Çini özünün yeganə rəqibi kimi görür

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Çini özünün yeganə rəqibi kimi görür

Dünya

30 Dekabr 2022 10:33 612


“Birləşmiş Ştatlar təkcə mövcud dünya nizamını dəyişmək niyyətində deyil, həm də bu məqsədə çatmaq üçün iqtisadi, diplomatik, hərbi və texnoloji gücü inkişaf etdirən Çini özünün yeganə rəqibi kimi görür”.

Yenisabah.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.

“Çin bizim yeganə rəqibimizdir ki, həm beynəlxalq nizamı dəyişməkdə qərarlıdır, həm də bu məqsədə çatmaq üçün daha böyük iqtisadi, diplomatik, hərbi və texnoloji gücə çevrilir”, – deyə Patel bəyan edib. Dördpendirli pizza

Xatırladaq ki, bundan əvvəl Çinin xarici işlər naziri Van İ 2022-ci ildə Çin diplomatiyasının əsas nailiyyətlərindən birinin ABŞ hegemonluğuna və Vaşinqtonun güc siyasətinə qarşı uğurlu mübarizə olduğunu açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!